SON XƏBƏRLƏR

ABŞ Hörmüz boğazını tam blokadaya alıb- CENTCOM

2026.04.15, 12:43
ABŞ Hörmüz boğazını tam blokadaya alıb- CENTCOM

ABŞ İran limanlarını tam blokadaya alıb. İslam Respublikasının iqtisadiyyatının 90 faizini təmin edən beynəlxalq dəniz ticarəti tamamilə dayandırılıb. 

Gunaz.tv

Bu barədə ABŞ Mərkəzi Komandanlığımın (CENTCOM) yaydığı bəyanatda bildirilib.

"İran limanlarının blokadası tam şəkildə həyata keçirilib. Amerika qoşunları İrana və İrandan dəniz ticarətini tamamilə dayandırıb", –CENTCOM komandiri Bred Kuper deyib.

Komandanlığın məlumatına görə, ilk 24 saat ərzində heç bir gəmi Amerika blokadasını qıra bilməyib. Qeyd olunub ki, altı ticarət gəmisinə Oman körfəzindəki İran limanına qayıtmaq əmri verilib.

ABŞ prezidenti Donald Tramp İslamabadda İranla aparılan danışıqların uğursuz nəticələnməsindən sonra Hörmüz boğazının blokadaya alındığını elan edib. Danışıqların yeni raundu bu həftə keçirilə bilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar