SON XƏBƏRLƏR

Qalibaf BƏƏ-nin baş nazirinin müavini ilə danışdı

2026.04.15, 16:06
Qalibaf BƏƏ-nin baş nazirinin müavini ilə danışdı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Birləşmiş Ərəb Əmirliklərinin baş naziri Mənsur Bin Zayed Al-i Nəhyan ilə telefonda danışıb.

Gunaz.tv

Bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Danışıqların iki ölkə arasında gərginliyin azaldılması məqsədi daşıdığı bildirilib.

Bu, müharibənin başlanğıcından bəri İslam Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmiləri arasında ilk telefon danışığıdır.

Qeyd edək ki, 40 günlük müharibə zamanı İran silahlı qüvvələri dəfələrlə BƏƏ-də yerləşən hərbi bazalara, mülki ərazilərə və Əmirliklərin başqa obyektlərinə raket və dronlarla hücum edib.

Hücumlar nəticəsində 12 nəfər həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar