SON XƏBƏRLƏR

Fransa açıq dedi: İrana bir dollar da belə yoxdur

2026.04.17, 12:00
Fransa açıq dedi: İrana bir dollar da belə yoxdur

İran: Hər barelə 1 dollar “rüsum” tətbiq olacaq

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, Fransanın maliyyə naziri jurnalistlərə açıqlamasında bildirib ki, Hörmüz boğazı açıq olmalıdır, “amma hər hansı qiymətə yox”; bu mövqe enerji baxımından həyati əhəmiyyət daşıyan bu keçid üzərində gərginliyin artdığı bir vaxtda səsləndirilib.

Rolan Leskür açıq şəkildə vurğulayıb: “Hörmüz boğazından keçmək üçün bir dollar belə ödəmək istəmirəm. Bu su yolundan keçid üçün pul ödəməyəcəyik”; bu açıqlama Avropanın bu marşrutda hər cür təzyiq və şantaja qarşı olduğunu göstərir.

Bu sözlər Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin cümə günü keçiriləcək görüşü ərəfəsində səsləndirilib; görüşdə sabit atəşkəsdən sonra Hörmüz boğazında gəmiçiliyin gələcəyi müzakirə olunacaq.

İran bundan əvvəl açıqlamışdı ki, Hörmüz boğazından keçən neft üçün hər barelə 1 dollar “rüsum” tətbiq olunur və bu ödənişlər əsasən rəqəmsal valyutalar vasitəsilə alınır؛ addım Tehranın beynəlxalq ticarətə təzyiq aləti kimi qiymətləndirilir.

Eyni zamanda, dünyanın yeddi ən böyük iqtisadiyyatının maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Vaşinqtonda keçirilən “G7” toplantısından sonra yaydıqları bəyanatda vurğulayıblar: “Yaxın Şərqdəki müharibənin qlobal iqtisadiyyata təsiri təcili və sərt şəkildə məhdudlaşdırılmalıdır”; bu xəbərdarlıq İranın gərginlik yaradan siyasətlərinin qlobal nəticələrini bir daha önə çıxarır.

 

Günaz TV
R.G

“Keçmək istəyirsən? Ödə!” – Hörmüzda yeni qayda

2026.04.14, 17:09

“Keçmək istəyirsən? Ödə!” – Hörmüzda yeni qayda

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar