SON XƏBƏRLƏR

Xətibzadə Azərbaycana təşəkkür etdi

2026.04.18, 14:53
Xətibzadə Azərbaycana təşəkkür etdi

Azərbaycanla münasibətimiz çox yaxşıdır.

Gunaz.tv

Bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə deyib.

XİN rəhbərinin müavini regionda bir sıra ölkələrin, o cümlədən Azərbaycanın İrana dəstəyini və həmrəyliyini yüksək qiymətləndirdiklərini qeyd edib:

"Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. İran Prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı bu xoş münasibətlərin davam edəcəyi bir daha təsdiqlənib".

O, Azərbaycan xalqına və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar