SON XƏBƏRLƏR

Hindistan İran səfirini çağırdı

2026.04.18, 21:00
Hindistan İran səfirini çağırdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Hindistan hökuməti Hörmüz boğazında bu ölkənin bayrağı altında üzən iki gəmiyə hücumdan sonra İranın Dehlidəki səfirinin çağırıldığını bildirib.

Hindistan hökumətinin yaydığı məlumata əsasən, xarici işlər naziri səfirin çağırılması zamanı Hörmüz boğazından hind gəmilərinin keçidinin ən qısa zamanda bərpa olunmasını tələb edib.

Məlumatlara görə, SEPAH qüvvələri sürətli qayıqlar və naməlum vasitələrdən istifadə edərək Oman sahilləri yaxınlığında Hindistan bayrağı altında hərəkət edən azı iki ticarət gəmisini hədəfə alıb. Bu hadisələrdən birində bir neft tankeri silahlı qayıqlar tərəfindən atəşə tutulub, digər halda isə bir konteyner gəmisi “naməlum mərmi”nin dəyməsi nəticəsində zərər görüb.

 

Günaz TV
R.G

SEPAH Hörmüz boğazında iki gəmiyə atəş açıb

2026.04.18, 15:49

SEPAH Hörmüz boğazında iki gəmiyə atəş açıb

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar