SON XƏBƏRLƏR

Tramp Xark adasına qoşun göndərməyəcək- Media

2026.04.20, 10:26
Tramp Xark adasına qoşun göndərməyəcək- Media

Tramp İranın neft ixracının 90 faizinin mənbəyi olan Xark adasını ələ keçirmək üçün Amerika qoşunlarını göndərməkdən imtina edib.

Gunaz.tv

Bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

"Tramp missiyanın uğurlu olacağına və bu ərazinin ələ keçirilməsinin ABŞ-ın boğaza çıxışını təmin edəcəyinə əmin idi. O, Amerika tərəfinin itkilərinin qəbuledilməz dərəcədə yüksək olacağından ehtiyat edir. Tramp seçki kampaniyasını xarici müharibələrə son qoymaq şüarları üzərində qurub. Ancaq prezident kimi o, yeddi əvvəlki prezidenti narahat edən milli təhlükəsizlik problemini həll etmək üçün Amerikanın hava və dəniz gücündən istifadə edə biləcəyinə "stavka" etdi.

Bu arada, İrandakı müharibə bitmə əlaməti göstərmir və əsas ticarət yolu bağlı qalır. Prezidentin impulsiv liderlik tərzi heç vaxt uzun sürən hərbi münaqişədə sınaqdan keçirilməyib. Özünə inamını artıran Venesueladakı uğurlu əməliyyatından fərqli olaraq, Tramp İranda hələlik onun tələblərinə boyun əymək istəməyən daha fərqli düşmənlə üz-üzədir", - məlumatda deyilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar