SON XƏBƏRLƏR

Britaniya: Hörmüz boğazında risk səviyyəsi “kritik”; gəmi keçidi kəskin azalıb

2026.04.20, 11:15
Britaniya: Hörmüz boğazında risk səviyyəsi “kritik”; gəmi keçidi kəskin azalıb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; UKMTO son yeniləməsində bildirib ki, Hörmüz boğazı, Oman körfəzi və Ərəb dənizində ümumi risk səviyyəsi hələ də ən yüksək mərhələ olan “kritik” olaraq qalır; bu vəziyyət kommersiya gəmiçiliyini ciddi təhlükə altında saxlayır.

Birgə Dəniz Məlumat Mərkəzinin məsləhət qeydlərində əsas risklər “naviqasiya müdaxiləsi, blokada tətbiqi, mina yerləşdirilməsi ilə bağlı məlumatlar və qalan kinetik təhlükələr”, eləcə də “hücum və ya yanlış hesablamalar riski” kimi göstərilib. Qurum vurğulayıb ki, region hələ də ticarət gəmiləri üçün “çox yüksək riskli” mühit olaraq qalır.

Hesabata görə; Hörmüz boğazında dəniz trafiki kəskin şəkildə azalıb: 27 Fərvərdin (16 aprel) – cəmi 2 gəmi, 28 Fərvərdin (17 aprel) – 10 gəmi, 29 Fərvərdin (18 aprel) – 19 gəmi bu marşrutdan keçib.

Bu rəqəmlər, gündəlik orta hesabla təxminən 138 gəminin keçdiyi tarixi göstəricilərlə müqayisədə ciddi azalma deməkdir və mövcud təhlükəsizlik şəraitinin bu strateji marşruta birbaşa təsir etdiyini göstərir.

Marşrut detalları da göstərir ki, 6 gəmi şimal xəttindən çıxış edib, 5 gəmi cənub xəttindən çıxıb, 8 daxil olan gəmi isə hamısı trafik ayrılma sxeminin şimal hissəsindən keçib.

Bu strateji su yolunda təhlükə səviyyəsinin artması, Hörmüz boğazının dünya enerji təchizatının əsas damarlarından biri olduğu bir vaxtda baş verir və burada hər hansı pozuntu qlobal neft, qaz bazarına və əsas təchizat zəncirlərinə geniş təsir göstərə bilər.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar