SON XƏBƏRLƏR

ABŞ vətəndaşlarına xəbərdarlıq: İraqı dərhal tərk edin!

2026.04.20, 23:43
ABŞ vətəndaşlarına xəbərdarlıq: İraqı dərhal tərk edin!

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ-ın Bağdaddakı səfirliyi vətəndaşlarına İraqa səfər etməmək və hazırda bu ölkədə olanların dərhal oranı tərk etməsi barədə çağırış edib.

Bu barədə məlumat səfirliyin yenilənmiş təhlükəsizlik xəbərdarlığında yer alıb.

Səfirlik həmçinin bildirib ki, İranla əlaqəli silahlı qruplar ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırır.

Bəyanatda deyilir: “İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qrupları siyasi, maliyyə və əməliyyat baxımından aktiv şəkildə dəstəkləməyə davam edir.”

Bu xəbərdarlıq regionda artan gərginlik fonunda verilib və ABŞ vətəndaşlarının təhlükəsizliyi ilə bağlı ciddi risklərin mövcud olduğunu göstərir.

 

Günaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar