Əhməd Obalı tərəfindən “The Jerusalem Post” üçün
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Əhməd Obalı tərəfindən “The Jerusalem Post” üçün
Əhməd Obalının həmin yazısını təqdim edirik:
Güney azərbaycanlı müxalif jurnalist kimi, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricani kimi bir zalımın olmadığı bir dünyada yaşadığım üçün böyük sevinc hissi keçirirəm. O, İran rejiminin siyasətinin böyük hissəsinin əsas memarlarından biri və Azərbaycan xalqına qarşı uzun illər davam edən təzyiq siyasətinin aparıcı simalarından biri idi.
İran çoxmillətli bir ölkədir; farslar, azərbaycanlı türklər, kürdlər, bəluclar, əhvaz ərəbləri, lorlar və türkmənlərdən ibarətdir və bu qrupların heç biri əhalinin 50 faizini təşkil etmir. Güney azərbaycanlılar əhalinin ən azı üçdə birini təşkil edir və məhz bu səbəbdən Laricaninin aradan götürülməsi bu qədər mühüm hesab olunur.
Düzdür, keçmiş ali rəhbər Əli Xamənei və keçmiş SEPAH komandanı Qasım Süleymani də azərbaycanlılara qarşı düşmən münasibətləri ilə tanınırdılar. Süleymani Ermənistan–Azərbaycan münaqişəsi dövründə Azərbaycana qarşı çox fəal idi.
O, dəfələrlə İranı Ermənistana daha çox silah göndərməyə və onları açıq şəkildə dəstəkləməyə çağırmış, azərbaycanlıların “qeyri-irani xalq” olduğunu iddia etmişdi. Süleymani, həmçinin azərbaycanlı mənşəli SEPAH üzvlərinin dəfələrlə yoxlanılmasını və Güney Azərbaycan və onun xalqına simpatiyaları olduğu təqdirdə, yüksək vəzifələrdən uzaqlaşdırılmasını tələb edirdi.
Ancaq İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani azərbaycanlılara qarşı xüsusi və fərqli bir nifrət bəsləyirdi.
Diskriminasiya siyasətinin institusionallaşdırılması
Laricani İran siyasi elitasında azərbaycanlıları aşağılayan televiziya və radio proqramlarının – uşaq verilişləri, filmlər, seriallar və hətta xəbər buraxılışlarının – hazırlanmasını tövsiyə edən və həyata keçirən ilk yüksək vəzifəli şəxslərdən biri idi. O, İran İslam Respublikası Yayım Qurumunun rəhbəri olduğu dövrdə 1995-ci ildə keçirilmiş məşhur sorğunun əsas təşkilatçısı olmuşdu; bu sorğu sonradan azərbaycanlı kimliyinə və etnik mənsubiyyətinə qarşı hücumların gücləndirilməsi üçün bəhanəyə çevrildi.
Professor Brenda Şaffer “Iran is More Than Persia” adlı kitabında yazır ki, 8 may 1995-ci ildə İranın “Əhrar” qəzeti IRIB-in (İran Radio və Televizyası) İrandakı “türk” vətəndaşlara – yəni azərbaycanlılara – münasibətlə bağlı sorğu keçirdiyini bildirmişdi. Sorğuda belə suallar yer almışdı:
“Bir türklə evlənmək istərdinizmi? Qızınızın bir türklə evlənməsinə razı olardınızmı? Dini mərasimlərdə (məsələn, Aşura) türklərlə birlikdə iştirak edərdinizmi? Ev alsanız, türklə qonşu olmağa razı olardınızmı? Türk çoxluğunun yaşadığı məhəllə və ya şəhərdə yaşamaq istərdinizmi? Türklə dost olmaq istərdinizmi? Türklərin evinə qonaq getmək istərdinizmi?”
Şafferə görə, “nəticələr fars cəmiyyətində bu qrupa qarşı son dərəcə mənfi münasibətin olduğunu göstərdi; respondentlərin əksəriyyəti İran azərbaycanlıları ilə ünsiyyətdən qaçmaq istədiklərini bildirdilər. Bu sorğu 9 may 1995-ci ildən başlayaraq azərbaycanlıların etiraz dalğasına səbəb oldu.”
Etirazlara universitet tələbələri rəhbərlik edirdi. Onlar fars cəmiyyətində son yüz ildə davam edən aryançı irqçi siyasətə və IRIB-in belə bölücü sorğunu keçirmə motivlərinə qarşı çıxırdılar.
Etirazlar Tehran Universitetində başladı. Azərbaycanlı tələbələr ümid edirdilər ki, fars tələbələr də onlara qoşulacaq, ancaq bu baş vermədi. Nəticədə azərbaycanlı tələbələr öz təşkilatlarını – Azərbaycan Akademik Cəmiyyətini yaratdılar.
Şaffer yazır: “O vaxta qədər etnik əsasda ayrıca tələbə birlikləri yox idi.” Etirazlar daha sonra Təbriz və azərbaycanlıların digər sıx yaşadığı şəhərlərə yayıldı.
Təbriz Universitetində minlərlə tələbə 9 may aksiyalarında iştirak etdi. Azərbaycanlı tələbələr eyni zamanda prezident aparatına, parlamentə, cümə namazı imamlarına və Şərqi Azərbaycan, Zəncan və Ərdəbil vilayətlərinin rəhbərlərinə məktublar göndərərək bu sorğunu pislədilər və Təbriz Universitetində Azərbaycan dilində təhsil hüququ tələb etdilər.
Mahmud Əhmədinejad dövründə isə “Iran” qəzetində məşhur təhqiramiz karikatura yayımlandı. Bu qəzet və IRNA xəbər agentliyi 2006-cı ilin yazında daha bir genişmiqyaslı azərbaycanlı etirazlarını alovlandıran dövlət qurumları oldular.
Milyonlarla azərbaycanlı küçələrə çıxdı. Bəzi şəhərlərdə etirazlar o qədər genişləndi ki, insanlar qısa müddət ərzində bəzi məhəllələrə nəzarəti ələ keçirdilər, ancaq sonradan etirazlar rejim tərəfindən sərt şəkildə yatırıldı. Minlərlə insan həbs olundu, rəsmi məlumatlara görə ən azı 12 nəfər öldürüldü, qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm daha yüksək idi.
Əli Xamənei özü televiziya vasitəsilə üzr istəməyə məcbur oldu. Həmin karikaturada azərbaycanlılar “bitməz hamamböcəkləri” kimi təsvir edilir, Azərbaycan dili isə “hamamböcəyi dili” adlandırılırdı və azərbaycanlıların “nəcis ilə qidalandığı” iddia edilirdi.
2006-cı il etirazları birbaşa Laricaninin daha əvvəl yaratdığı anti-azərbaycanlı siyasətin nəticəsi idi. Daha sonra bir televiziya proqramında azərbaycanlıların guya diş fırçasından istifadə etməyi bilmədiyi iddia edilərək azərbaycanlı bir uşağa tualet fırçası göstərilib “azərbaycanlılar dişlərini belə fırçalayır” deyilmişdi. Rejim bu cür təhqirlərin təkrarlanmayacağını vəd etsə də, Laricaninin yaratdığı sistem səbəbindən bunun davam edəcəyi aydın idi.
Laricani azərbaycanlı məsələsində o qədər sərt mövqedə idi ki, hətta rejim tərəfdarı olan azərbaycanlılara belə etibar etmirdi. O, Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildikdən sonra prezident Məsud Pezeşkianı kənara çəkərək idarəetməni faktiki olaraq özü həyata keçirirdi.
Bütün bu səbəblərə görə, Laricaninin aradan götürülməsi məni sevindirir. O, yalnız Qərbə və İsrailə qarşı sərt xətt tərəfdarı deyildi, eyni zamanda Güney Azərbaycan xalqının ən böyük düşmənlərindən biri idi.
Ümid edirəm və dua edirəm ki, onsuz bölgənin və dünyanın gələcəyi daha parlaq olacaq.
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Milli fəal müvəqqəti azadlığa buraxıldı
Urmu gölündə turist axını davam edir
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır
Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
İranda daha otuz tələbə cəzalandırıldı
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi