SON XƏBƏRLƏR

İranda ictimai nəqliyyat böhranı - 30 min avtobus çatışmır

2026.04.25, 09:29
İranda ictimai nəqliyyat böhranı - 30 min avtobus çatışmır

Hazırda ölkə miqyasında 320 min taksi fəaliyyət göstərir və bunlardan 200 mininin ömrü 25 ildən yuxarı olduğuna görə istifadəyə yararsızdırlar.

Gunaz.tv

Bunu İranın Şəhər Nəqliyyatının İdarə Edilməsi Təşkilatları Birliyinin baş direktoru Məsud Həqlotfi deyib.

"Hər il 10 min taksi təmir olunarsa, bu proses 20 ildən çox vaxt aparacaq",- o bildirib.

Həqlotfi ölkədə şəhərdaxili avtobus çatışmazlığının da böhran həddinə çatdığını söyləyib:

"Hazırda ölkədə 12-13 min şəhərdaxili avtobus fəaliyyət göstərir, faktiki ehtiyacımız isə 45 mindən çoxdur və 30 min çatışmazlıq var".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar