“Qurtuluş” məcmuəsi, Nisan 1936, yıl: 3, № 18, sayı: 18, səh. 502-504.
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
“Qurtuluş” məcmuəsi, Nisan 1936, yıl: 3, № 18, sayı: 18, səh. 502-504.
Qələm hələ düşmənin əlindədir.
Qızıl rus ordusunun 16 il əvvəl müsallat (işğal) olduğu yurdumuzdakı qəzetələri 27 Nisan hadisəsini, bu qara istila gününü, məsud bir istiqlal vakası kibi yüksəltməkdədirlər.
Düşmənin Nisan münasibətilə yazdırdığı məqalələrin nə biçim bir yazı olduğunu okurlarımız bilirlər. Bunun ən iyi örnəyini keçən saylarımızda təhlili verilən “Stalinə məktub” şahkarini (ən gözəl əsər) yazanlar vermişlərdir.
Azərbaycanın əsrlər keçirmiş varlığını Stalinin himmətinə, dövrlər yaşamış qoca tarixini də bolşevik firqəsinin fəaliyyətinə bağlayan bu məktubun ən xarakteristik yeri, şübhəsiz, Nisan hadisəsini anladan sətirlərdir. Bu sətirlərə görə “1920-nin Nisanında Stalinin göstərməsi və onun bilavasitə əməkdaşları bulunan Sergey Orjonikidze, Sergey Mironoviç Kirov və Anastasi Mikoyanların idarəsi altında, Azərbaycan işçi və əkinçilərinə yardım edən rus proletariatı və onun qəhrəman qızıl ordusunun himmətilədir ki, Azərbaycanda Sovet hökuməti qurulmuşdur”. (“Bakinski Raboçi” 30, 12. 1935, №299).
Bu sətirlərdə yalan bir şey varsa, o da, şübhəsiz, “Azərbaycan işçi və əməkçi” sözlərinin qeydidir.
Bu, “Məktub”dan aldığımız yuxarıdakı sətirlərin həyasızca işarət etdiyi tarixi həqiqət aşikardır. Azərbaycan qızıl rus ordusu tərəfindən zorla işğal edilmişdir!
Azərbaycan işçi və əkinçilərinə ətf olunan üsyan keyfiyəti yalandır.
Azərbaycanda həqiqətən də üsyan yaparaq, Sovet hökuməti quracaq yerli bir işçi – əkinçi qüvvəti olsaydı, əcəba, onun tarixə keçəcək yerli isim daşıyan qəhrəmanları olmazdımı?! Stalinə yazılan məktubda biz bu isimlərə rast gəlmiyoruz. Hər kəs qəbul edər ki, nə Orjonikidze, nə Kirov və nə də Mikoyan Azərbaycandakı Sovet inqilabının yerli məhsulu olduğunu isbat edəcək isimlər deyildir. İstila ordusunun komandanları və ajanlarından başqa bir şey olmayan bu adamların, Leninlə Stalinin əmrləri altında müstəmləkə hərbi yapan şəxslər olduğunu görmək üçün gözlük taxmağa belə ehtiyac yoxdur.
Nisan hadisəsi üzərinə Gəncədə, Qarabağda, Lənkəranda, Zaqatalada və digər bir çox yerlərdə qızıl istila ordusuna qarşı işçi – əkinçilərdən ibarət Azərbaycan xalqının qiyam və üsyanlarını qanlı surətdə basdıran bu yalançı isimlərin məmləkətin sovetləşdirilməsi hadisəsilə bağlanmasındakı mənanın olğunluğu meydandadır.
Stalinin direktivilə Kirovların idarəsi altında “qəhrəman” qızıl rus ordusu tərəfindən başarılan işlə Azərbaycana istiqlal deyil, istila gətirilmişdir. Yaxıcı, yıxıcı, milli olan hər şeyi yox edici qanlı bir istila!..
Diqqət olunacaq şeydir ki, əsrlər və etablar keçirmiş Azərbaycan tarixini daracıq “sovetləşdirmə” çərçivəsinə soxmaq istəyən bu “Məktub”da bu tarixin “qəhrəmanları” arasında tək bir tanə olsun, yerli isim göstərilməmişdir.
Nə Nərimanov, nə Mirzə-Davud, nə Qarayev, nə Ağamalı Oğlu, nə Ruhulla, nə də başqa birisinin bu vəsiqədə, silik olsun, izi belə yoxdur.
Halbuki bugün artıq saklamaya pək də lüzum görmədikləri istila hadisəsini, 16 il əvvəl, avam gözündə örtmək üçün, qızıl ordu siyasiləri bu isimləri böyük ölçüdə kullanmışlardı.
“Şərqə dahi, qərbə dai” dedikləri “böyük” Nəriman”ın Moskvadan Bakıya gəlişindəki, şimdi “tarixdə” kölgəsi belə qalmayan dəbdəbəsini əlaqədarlar bilirlər. Fəqət, kəndilərinə, nə olsa da, müəyyən keçmişlər verilən Nərimanı da, qızıl rus istilaçıları, Nisana pərdəlik yapan digər xainlər kibi unutmuşlar” kəndilərinə “Mavr, işini yapdın, şimdi gedə bilirsən” – demişlərdir.
Əvət, xainlər kullanılır, fəqət hörmət edilməzlər. Faciəli tariximizdəki bu hadisə qədər, şi maruf sözün doğruluğunu göstərən bir fakt olamaz.
Məmləkətlərini yabançı ordusunun qaba çizmələri altında çiynədən bu adları itkinlər, qızıl ordunun Azərbaycana hürriyət gətirdiyini və hürriyəti buradan dəxi “cahan imperializminin ayağı altında inləyən bütün şərq dünyasına götürəcəklərini” söyləyib duruyorlardı.
O günlərdə qızıl orduya rus ordusu demək caiz deyildi. Rus ordusu yox, beynəlmiləl inqilab və proletariat ordusu vardı. Fəqət şimdi!.. Azərbaycanın on beş yıllıq əsirliyindən mahud “Məktub” belə qızıl rus ordusundan və qüdrətli rus millətindən bəhs ediyor.
Bu “rus ordusilə rus milləti”nin Azərbaycanı “sovetləşdirməsindəki” məqsəd də artıq bütün çılpaqlığı ilə meydana qonmuşdur. Stalinlə Molotovun imzalarilə Sovetlər İttifaqı Kommunist Firqəsi və S.İ.Komisələr Heyəti adından Azərbaycan Kommunist Firqəsilə Az. Sovet Hökumətinə yazılaraq, nəşr edilən bir təbrik bəyannaməsində eynən şunlar yazılıdır:
“Sovyet Sosyalist Cümhuriyətləri İttihadı tamamilə Azərbaycanın neft denilən kara altında yaşıyor. Azərbaycan pamuk əkinləri yıldan – yıla çoxalan məhsullarilə İttihaddakı tokumacılık sanayini təmin ediyorlar”.
İştə Nisan hadisəsini yaradn zərurət, Qara altında ağ pamuq şəklində siyasətcə korlaşmış gözlərə belə – istər-istəməz – batan çır-çılpaq bir həqiqət!
Bu qorxunc həqiqəti Azərbaycan görmüşdür. Görənlər, sadə bolşeviklərin Müsavatçı dedikləri milliyətçilərdən ibarət deyildirlər. Azərbaycan xalq kütlələri bu acı həqiqətə qarşı qanlı qiyamlarla çıxmışlar; Azərbaycan münəvvərləri bu “həqiqət”ə qarşı açdıqları şanlı mücadilədə “Buzlu Cəhənnəm”in qanlı yollarını şüurla boylamışlar və hər türlü fədakarlığı gözə alaraq, mücadiləyə atılmışlar və şairin odlu ağzilə:
Qaldıqca ruslarda diyarım bənim,
İntiqam olacaqdır şüarım bənim! – demişlərdir!..
Fəqət, bu istila həqiqətinə qarşı sadə milliyətçilər – müsavatçılar gəlmiş deyildirlər. Azərbaycandakı Sovet hökumətinin həqiqi tarixini yazacaq tarixçi boyuna təkrarlanan qanlı köylü üsyanlarilə, milliyətçilər tərəfindən yapılan mücadilənin yanında, bir də milli əyinti denilən bir axıntı üzərində durmaq məcburiyətində qalacaqdır.
Qızıl rus ajanları qaranlıq işlərinə pərdəlik yapan Qarayevləri kullandıqdan sonra bir silkmədə heçlik və yoxluğun dibinə atsalar da, biz, Moskvanın Azərbaycana müdaxiləsinə qarşı səslərini yüksəltmiş bulunan Xanbudaqovları unutmayız.
Unutmayız ki, başda yalançı Moskvanın yaldızlı vaitlərinə uyan bu adamlar, sonda ağılla qərarı seçməyə başlayınca, Nisanda yapılan işin istiqlal deyil, sözün bütün mənasilə bir istila işi olduğunu anlamış və bundan lazım gələn nəticəyi çıxarmaq cəsarətini göstərmişlər; başda müəllim və yoldaş kibi qarşıladıqları şimallıların, sonda kolonizator olduqlarını anlamış və bunu onların üzlərinə vurduqları sillə ilə bildirmişlərdir.
Getdikcə ümüumi və şümullu bir şəkil alan bu anlayış qarşısında qalan rus bolşevizmi, məmləkətimiz kibi, əsarətinə düşmək bədbəxtliyində bulunan qardaş məmləkətlərdə yapdığı xarablıqlardan gələn dərin acıyı bir şeylə ovutmaq istiyor: mədəni fəaliyət!..
“Məktub” Azərbaycandakı bu fəaliyətin mübaliğələndirilmiş bir hesabını verməkdədir. Bolşevikcə yapılmış uydurma rəqəmlərlə, qarışdırılmış faktlardan ibarət bu hesabı biz burada təhlil edəcək deyiliz. Bu işi keçənki saylarımızda digər arkadaşlarımız müvəffəqiyətlə yapmışlardır. Biz isə diqqətləri sadə bir nöqtə üzərinə çəkmək istəriz:
Azərbaycandakı məktəblərin çoxalmasını, qadınların çarşafdan çıxmasını, latın hərflərinin tətbiq edilməsini və sair bu kibi mədəni işlərin irəliləməsini Sovet hökuməti kəndinə məxsus bir müvəffəqiyyət deyə qətiyən öyünə bilməz!
Bir kərə təkrar qızıl rus əsarətinə düşməyən qərbdəki baltik dövlətlərinin təcrübələri meydandadır. Sovetlərdəki iç hərbinə, gündə bir dəfə dəyişən qanlı təcrübələrə meydan verilmədən, aclıq, qıtlıq çəkmədən, insanlıq və vətəndaşlıq haqlarından məhrum olmadan, bu məmləkətlərin imran və irfan sahəsindəki qazancları Sovet istibdadı altındakı millətlərin qazanclarından çox fazladır.
Sonra iqtisad və sənayecə əski Rusiyadan və bugünkü Sovetlərdən geri bulunan cənubumuzdakı qardaş məmləkətlərin – Türkiyə ilə İranın mədəniləşmə sahəsindəki təcrübələri və əldə etdikləri parlaq nəticələr vardır.
Latın hərfinin tətbiqi, dəryalar qədər axıdılan məsum qanları əffetdirəcək bir müvəffəqiyət isə, bunu, bolşeviklərin kəndi nəşriyatlarilə sabit olduğu vəchilə, bizzat “Müsavat hökuməti” başlamış və tətbiqatını da bolşeviklərdən daha əvvəl və daha müvəffəqiyətli olaraq, yeni Türkiyə başarmışdır.
Qadınların çarşafdan çıxaraq ictimai həyata girmələri və elm sahəsində erkəklər kibi çalışmaya başlamaları, şübhə yoxdur ki, tarixi pək böyük bir hadisədir. Fəqət bu böyük işi nə bolşeviklər başlamış, nə də onlar bitirmişlərdir.
Türk qadını – Azərbaycanda – hələ milli hökumət zamanında sərbəst idi. Erkəklərin bulunduğu eyni haqlara malik idi. Sonra qadınlığın yeni Türkiyədə qazanmış olduğu müvəffəqiyəti Sovetlərdəki “müvəffəqiyətindən” az deyildir. İran şahlığında, heç bir sarsıntı və qanlılığa meydan vermədən, yapılan mədəni inqilabın qadın azadlığı sahəsindəki müvəffəqiyəti, bütün əzəmətilə meydanda dururkən, Sovetlərin təyyarəçi Türk qızlarilə öyünməsi nəyə yarar?!..
Hərbdən əvvəl münəvvər zümrəyə malik olmayan İran, qardaşı qardaşa qırdırmaq kibi Sovet zərurətinə və rus vəhşətinə müraciət etmədən, məmləkəti başdan ayağa qədər asriləşdirməklə məşğul böyük münəvvər kadrosu yetişdirmiş və yetişdirməkdə ikən, hərbdən əvvəl sayları 45 ikən, Azərbaycanlı doktorların şimdi 450-yi bulduğunu qeyd etməkdən nə çıxar?!.. Bu hesablara kim qapılır?!..
Xayır əfəndilər, yanılıyorsunuz! Bu kibi çocuq aldadıcı oyunlarla, hesabdan anlayan Azərbaycanlılar qətiyən avunamazlar; onlar başları yarılmış ikən, ətəklərinə atılan çürük cevizlərlə sakit olan budaqlar nevindən deyildirlər!
Şübhə yoxdur ki, bugün dəxi qızıl rus istilaçıları və onlara yardaqlıq edən satılıq uşaqlar min-bir türlü yalanlarla Azərbaycanın “böyük rus millətinin sayəsində məsud və müstəqil” olduğundan bəhs edəcəklərdir.
Biz də böyük bir imanla bu sözlərin heç bir əhəmiyəti olmayacağını burada qeyd edəlim!..
On altı yıldan bəridir Azərbaycan üzərinə çökdüyü qızıl rus istilasının qanlı kabusilə pəncələşiyor. Bu qızıl kabusdan qurtulmaq – Azərbaycanın gözə aldığı ən müqəddəs bir idealdır.
Milli birliyinin parçalandığını, milli varlığının xırpalanaraq, getdikcə daha kəskin tədbirlərlə ruslaşdığını, milli sərvətinin kəndi ehtiyaclarına deyil, Moskva planları yolunda sərf olunduğunu, ən məhdud idari muxtariyətinin belə Rusiya tərəfindən qəsb edildiyini və nəhayət getdikcə həyasızlaşan rus mərkəziyətçiliyinin inqilabdan əvvəlki imperializm əsaslarına dönərək, velikorus təəssübünü yaymağa başladığını görən Azərbaycan bütün varlığı ilə yuxarıda qeyd etdiyimiz bu ideala sım – sıkı sarılıyor!
Onu qurtaracaq da budur. Bu idealdır. Hürriyət və İstiqlal İdealıdır. Bir ideal ki, ona, o eyni şərait altında yaşayan, eyni müqəddərat daşıyan Qafqasyalı qonşuları, məhkum Türk ellərinə mənsub qardaşları və Rusiya imperializminə qarşı eyni məqsədlə çarpışan Prometey cəbhəsindəki bütün millətlərlə birlikdə yürüyor!..
Yaşadığımız tarixi günlərin hadisələrlə yüklü bulunan bu çağında nicatı kəndi əzmindən və dayandığı idealın həqiqiliyindən uman millətimiz, şübhə etmiyoruz ki, düşmənin əlindəki qələmi çox çəkməz qırar və o zaman sadə hüdud dışında deyil, bizzat Bakıda dəxi Nisanın qara bir istila günü olduğunu heç bir qüvvətin siləmiyəcəyi qabarıq hərflərlə yazar!..
M.Ə.Rəsulzadə.
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
Rubio: Əhəmənilər talançı idilər
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü