SON XƏBƏRLƏR

Ciddədə Ərəb körfəzi ölkələrinin növbədənkənar sammiti keçiriləcək

2026.04.28, 15:32
Ciddədə Ərəb körfəzi ölkələrinin növbədənkənar sammiti keçiriləcək

Səudiyyə Ərəbistanı bu gün Ciddədə Körfəz Dövlətləri Əməkdaşlıq Şurasının (GCC) növbədənkənar sammitini keçirəcək.

Gunaz.tv

Bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu sammit Körfəz dövlətləri rəhbərlərinin fevralın 28-də ölkələrinin İranla qarşıdurmaya cəlb olunmasından sonra ilk əyani görüşü olacaq.

Görüşün məqsədi İran tərəfindən həyata keçirilən raket və dron hücumlarına qarşı ümumi cavab hazırlamaqdır.

Sammitdə Qətər, Küveyt və Bəhreyn rəhbərlərinin iştirakı gözlənilir. Oman və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) kimin təmsil edəcəyi barədə məlumat isə hələlik açıqlanmır.

Agentlik qeyd edib ki, BƏƏ təşkilatın yaranmış vəziyyətə kifayət qədər qətiyyətli reaksiya vermədiyini göstərərək artıq Şuranın ünvanına tənqid səsləndirib.

BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş bildirib ki, region ölkələri logistik səviyyədə bir-birini dəstəkləsələr də, siyasi və hərbi baxımdan onların mövqeyi "tarixdə ən zəif" mövqe olub. O əlavə edib ki, belə bir reaksiyanı Ərəb Dövlətləri Liqasından gözləyirdi, lakin GCC-dən yox, bu da onun üçün gözlənilməz olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar