Rəsmi qeyd edib ki, aprelin əvvəlində atəşkəs qüvvəyə mindikdən sonra tərəflər arasında atəşkəs pozulmayıb və buna görə də Müharibə Səlahiyyətləri Qətnaməsinə əsasən 60 günlük müddətin faktiki olaraq dayandığı hesab olunur.
Prezident Donald Tramp mayın 1-dək müharibəni dayandırmalı, Konqresin icazəsini almalı və ya müddətin uzadılmasını istəməli idi. Lakin görünür, administrasiya kursunu dəyişmədən bu tarixin keçməsinə imkan verəcək.
Bu yanaşma Demokratlar tərəfindən mübahisələndirilir. Onlar bildirirlər ki, qanunda atəşkəs dövründə bu müddətin dayandırılmasına imkan verən heç bir müddəa yoxdur.
Qeyd edək ki, hüquqi mübahisə Ağ Evin növbəti [hərbi] addımları nəzərdən keçirdiyi bir vaxta təsadüf edir.
- Cəfər Cəfərli