SON XƏBƏRLƏR

İsrail: İranın nüvə təhdidi ön plana çıxır

2026.05.04, 21:55
İsrail: İranın nüvə təhdidi ön plana çıxır

Gunaz.tv

The Jerusalem Post qəzeti yazır ki, İsrail ordusu regiondakı son hadisələr fonunda strateji diqqətini getdikcə daha çox İranın nüvə təhdidinə yönəldir.

Gunaz TV-nin məlumatına görə, hesabatda qeyd olunur ki, əvvəlki dövrlərdən fərqli olaraq, İranda rejim dəyişikliyi və ya ballistik raket təhlükəsi artıq İsrail hərbi qərarvericiləri üçün əsas prioritet deyil və əsas diqqət İranın nüvə proqramına yönəlib.

Bu təhlilə əsasən, İsrailin hərbi rəsmiləri vurğulayır ki, ordunun məqsədi mütləq şəkildə İranda hakimiyyət dəyişikliyi deyil, təhlükəsizlik risklərini zəiflətmək üçün şərait yaratmaqdır.

Bu yanaşmadakı dəyişiklik İsrailin İranla bağlı təhlükəsizlik prioritetlərini yenidən müəyyənləşdirdiyini göstərir; burada Tehranının nüvə proqramı əsas strateji təhdid kimi qiymətləndirilir, digər variantlar isə arxa plana keçir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar