SON XƏBƏRLƏR

İranın BƏƏ və Omana hücumu; İsrail yüksək hazırlıq vəziyyətində

2026.05.04, 22:00
İranın BƏƏ və Omana hücumu; İsrail yüksək hazırlıq vəziyyətində

Gunaz.tv

İsrail ordusunun yüksək rütbəli rəsmisi bildirib ki, İranın BƏƏ və Omana hücumuna baxmayaraq, ölkənin daxili təhlükəsizlik qaydalarında heç bir dəyişiklik edilməyib.

Gunaz TV-nin məlumatına görə, həmin hərbi rəsmi vurğulayıb: “İsrail ordusu vəziyyəti izləyir və yüksək hazırlıq səviyyəsindədir.”

O əlavə edib: “Bir daha qeyd edirik ki, daxili cəbhə qaydalarında heç bir dəyişiklik yoxdur.”

Rəsmi həmçinin bildirib: “Hava hücumundan müdafiə sistemlərimiz və hücum imkanlarımız yüksək səviyyədə hazır vəziyyətdədir və bu, atəşkəs qərarından sonra dəyişməyib.”

İsrail ordusu hər hansı yeni dəyişiklik olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.

Eyni zamanda bəzi təhlillərdə genişmiqyaslı müharibəyə qayıdış ehtimalı irəli sürülür. Lakin görünür ki, İranın son addımları — o cümlədən BƏƏ və Omana məhdud hücumlar — hesablanmış və nəzarətli eskalasiya çərçivəsində həyata keçirilir.

Bu məlumatlara görə, Tehran ABŞ-ın regiondakı müttəfiqlərinə təzyiq göstərmək üçün məhdud hücumlara əl atır, lakin İsraillə birbaşa qarşıdurmadan yayınmağa çalışır; çünki bu, daha geniş cavab reaksiyasına səbəb ola bilər.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar