SON XƏBƏRLƏR

Reuters: BƏƏ İran müharibəsi fonunda nefti Hörmüzdən gizli tankerlarla daşıyır

2026.05.07, 18:23
Reuters: BƏƏ İran müharibəsi fonunda nefti Hörmüzdən gizli tankerlarla daşıyır

BƏƏ ran, ABŞ və İsrail arasında davam edən münaqişə fonunda neft ixracını davam etdirmək üçün bir neçə xam neft tankerini Hörmüz boğazından izləmə sistemləri söndürülmüş vəziyyətdə keçirib.

Gunaz.tv

Bu barədə Reuters sənaye mənbələri və gəmiçilik məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, Upper Zakum və Das markalı təxminən 6 milyon barel neft daşıyan ən azı dörd tanker aprel ayında boğazdakı yüksək risklərə baxmayaraq terminallardan yola düşüb.

Hesabatda qeyd olunur ki, gəmilər İran qüvvələri tərəfindən aşkarlanma riskini azaltmaq məqsədilə avtomatik identifikasiya sistemi (AIS) transponderlərini söndürərək hərəkət ediblər.

"Reuters"in məlumatına görə, bəzi yüklər boğazdan kənarda digər gəmilərə köçürülüb və daha sonra Malayziya və Cənubi Koreyadakı neft emalı zavodlarına göndərilib. Digər yüklər isə Omandakı saxlama terminallarına boşaldılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar