SON XƏBƏRLƏR

İranda rabitə nazirinin müavini: İnternetin kəsilməsi təhlükəsizlik təhdidinə çevrilib

2026.05.09, 17:58
İranda rabitə nazirinin müavini: İnternetin kəsilməsi təhlükəsizlik təhdidinə çevrilib

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, İranda beynəlxalq internetin ümumi şəkildə kəsilməsinin 11-ci həftəsi başlayarkən, Məsud Pezeşkian hökumətinin rabitə nazirinin müavini bu vəziyyətin uzunmüddətli perspektivdə ölkə üçün “təhlükəsizlik təhdidi”nə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Rabitə nazirinin müavini Ehsan Çitsaz deyib: “İnternetin kəsilməsi yalnız qısa müddətli dövrlərdə kömək edə bilər və uzunmüddətli baxımdan təhlükəsizlik təhdididir.”

Bu açıqlama İranda insanların iki aydan artıqdır qlobal internetə ciddi məhdudiyyətlərlə çıxış əldə etdiyi bir vaxtda səsləndirilib. Bir çox vətəndaş yalnız bahalı VPN və vasitəçi internet xidmətləri vasitəsilə beynəlxalq internetə qoşula bilir.

Bunun əksinə olaraq, hökumət rəsmiləri və İran hakimiyyətini dəstəkləyən bəzi qruplar internetə məhdudiyyətsiz çıxışı qoruyub saxlayırlar. Bu məsələ sosial şəbəkələrdə geniş narazılıq və tənqid dalğasına səbəb olub.

Məhdudiyyətlərin başlamasından 11 həftə keçməsinə baxmayaraq, internetin nə vaxt bərpa olunacağı ilə bağlı hələ də rəsmi açıqlama verilməyib. İran parlamentinin ən azı bir deputatı isə bildirib ki, “hələlik internetin geri qayıtmasını gözləmək lazım deyil.”

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar