SON XƏBƏRLƏR

Xark adasında nef sızıntısı yaşanır

2026.05.13, 15:22
Xark adasında nef sızıntısı yaşanır

"TankerTrackers"in məlumatına görə, İran neft ixracının təxminən 90%-nin həyata keçirildiyi Xark adası 6 maydan bəri heç bir tankerə yük yükləməyib.

Gunaz.tv

Buna səbəb kimi Tehran tərəfindən inkar edilən neft sızması göstərilir.

Ötən həftə yayımlanan peyk görüntülərində Xark adası yaxınlığında onlarla kvadrat kilometr əraziyə yayılan şübhəli neft sızıntısı nəzərə çarpıb.

Reuters tərəfindən irəli sürülən görüntülərdə bu mümkün sızma adanın qərb hissəsində boz-ağ rəngli ləkə kimi görünür.

Münaqişə və Ətraf Mühit Rəsədxanasının tədqiqatçısı Leon Morelend bildirib ki, ləkənin görünüşü neftlə uyğun gəlir və onun təxminən 45 kvadrat kilometr ərazini əhatə etdiyi təxmin edilir.

Sızıntının səbəbi və mənşəyi hələlik məlum deyil. Morelend əlavə edib ki, 8 may tarixli görüntülərdə yeni aktiv sızma əlaməti müşahidə olunmayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar