SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Həbib Mehriyə 6 ay həbs cəzası verilib

2026.05.16, 10:56
Azərbaycanlı fəal Həbib Mehriyə 6 ay həbs cəzası verilib

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən azərbaycanlı türk fəal Həbib Mehri “rejim əleyhinə təbliğat” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Azərbaycanlı fəal Təbrizdə evinə təhlükəsizlik qüvvələrinin basqınından sonra saxlanılıb. Məlumata görə, təhlükəsizlik əməkdaşları evdə aparılan axtarış zamanı onun mobil telefonunu da müsadirə ediblər. Bir müddət müvəqqəti saxlanıldıqdan sonra isə o, iş üzrə məhkəmə araşdırması davam etdiyi müddətdə girov qarşılığında azadlığa buraxılıb.

Həbib Mehri əvvəl də ictimai fəaliyyətlərinə görə, o cümlədən Urmiya gölünün vəziyyəti barədə məlumatlandırma aparması və Azərbaycanın “Traktor” klubunun oyunları ilə bağlı fəaliyyətləri səbəbilə saxlanılıb və məhkum edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar