SON XƏBƏRLƏR

“Dünyanın Ən Yaxşı Universitetləri” siyahısında Türkiyədən 47 universitet yer alıb

2026.06.02, 11:32
“Dünyanın Ən Yaxşı Universitetləri” siyahısında Türkiyədən 47 universitet yer alıb

“Dünyanın Ən Yaxşı Universitetləri” siyahısında Türkiyədən 47 universitet yer alıb.

Gunaz.tv

Dünyanın akademik reytinq təşkilatlarından biri olan Dünya Universitetləri Reytinq Mərkəzi (CWUR) 95 ölkədən 21 min 291 universiteti qiymətləndirərək ən yaxşı 2 min ali təhsil müəssisəsini müəyyənləşdirib. Reytinq nəticələri eyni vaxtda bütün dünyada elan olunub.

CWUR-un qiymətləndirməsi “təhsil”, “məzunların məşğulluq göstəriciləri”, “müəllim heyəti” və “elmi tədqiqat” olmaqla dörd əsas sahə üzrə aparılıb. “Elmi tədqiqat” göstəricisi isə araşdırmaların keyfiyyəti, nüfuzu, təsiri və istinad sayı da daxil olmaqla yeddi meyar əsasında hesablanıb.

Bu ilki siyahıda Türkiyədən 47 universitet yer alıb. Onların arasında ən yüksək nəticəni Hacıtəpə Universiteti göstərib (666-ci yer).

Siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnistutu da yer alıb (1690-cı sıra).

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar