SON XƏBƏRLƏR

İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi

2026.06.03, 22:50
İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi

Gunaz.tv

ABŞ Ədliyyə Nazirliyi Amerika istehsalı olan qabaqcıl şəbəkə, təhlükəsizlik və şifrələmə avadanlıqlarının İranın hərbi və nüvə qurumlarına çatdırıldığını açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, ABŞ rəsmiləri bu avadanlıqların İranın Atom Enerjisi Təşkilatı və ölkənin nüvə və hərbi proqramları ilə əlaqəli digər qurumlar üçün əldə edilərək göndərildiyini bildiriblər.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, avadanlıqların İrana çatdırılması üçün Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən vasitəçi şirkətlərdən istifadə olunub. Məqsəd malların son ünvanını gizlətmək və ABŞ sanksiyalarını aşmaq olub.

ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə müavini Con Ayzenberq deyib: “İttiham aktında göstərildiyi kimi, bu Amerika texnologiyaları İranın Atom Enerjisi Təşkilatının və nüvə proqramı ilə əlaqəli digər sanksiyaya məruz qalmış qurumların ixtiyarına verilib.”

ABŞ rəsmilərinin bildirdiyinə görə, bu şəbəkə ilə əlaqəli hesablara İrandan 15 milyon dollardan çox vəsait köçürülüb və əldə olunan gəlirlərin bir hissəsi gizlədilib.

ABŞ Ədliyyə Nazirliyi daha sonra bildirib ki, Kaliforniyada fəaliyyət göstərən texnologiya şirkətinin rəhbəri, İran və ABŞ vətəndaşı olan Cəmşid Qumi bu iş üzrə saxlanılıb. O, sanksiyaların pozulması və İrandakı sanksiyaya məruz qalmış qurumlara avadanlıq təmin etməkdə ittiham olunur.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar