SON XƏBƏRLƏR

Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib

2026.06.04, 13:08
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib

Yanvar etirazları zamanı saxlanılanlardan biri olan qəzvinli fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Qəzvin İnqilab Məhkəməsinin 2-ci şöbəsi, hakim Davud Təşkərinin sədrliyi ilə çıxardığı qərarda Suri Babayi Çəqinini 3 il həbsə məhkum edib.

Məlumata əsasən, Çəqini “rəhbəri təhqir etmək” və “sistem əleyhinə təbliğat aparmaq” ittihamları ilə təqsirli bilinib. Həbs cəzası ilə yanaşı, onun mobil telefonu və SİM kartının müsadirə edilməsinə, həmçinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulmasına qərar verilib.

Suri Babayi Çəqini qadın hüquqları və vətəndaş fəalıdır. O, Qəzvin şəhərində yaşayır və məcburi hicab siyasətinin tənqidçilərindən biri kimi tanınır. Üç uşaq anası olan fəal məcburi hicaba qarşı kampaniyalarda fəal iştirak edib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar