SON XƏBƏRLƏR

İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media

2026.06.05, 11:49
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media

Mossad HƏMAS və Hizbullahdan müsadirə edilmiş silahları İslam Respublikasına qarşı çıxan kürdlərə təhvil verib.

Gunaz.tv

Bu haqda "Ynet" xəbər saytı məlumat yayıb.

"Bu hərəkət İran hökumətini zəiflətmək və devirmək üçün daha geniş bir planın bir hissəsi olaraq həyata keçirilib",- məlumatda bildirilib.

Hesabata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də kürd qüvvələrindən İran hökumətinə qarşı istifadə planında iştirak edib.

"Ynet" yazıb ki, bu plan nəticədə Donald Trampın əmri ilə ləğv edilib. Planın ləğvi Türkiyə prezidenti Ərdoğanın təzyiqindən və regional münaqişənin yayılması riski ilə bağlı xəbərdarlıqlardan sonra baş verib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar