SON XƏBƏRLƏR

Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb

2026.06.05, 12:49
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb

Türkiyə ordusu daxili istehsal olan “Roketsan” şirkətinin hazırladığı hava platformasından buraxılan hipersəs ballistik raketi “İHA-230”-un ilk partiyasını qəbul edib. Təslim edilən partiyanın sayı isə məxfi saxlanılıb.

Gunaz.tv

Məlumata görə, “İHA-230” raketinin uçuş məsafəsi 150 kilometrdən çoxdur və sürəti 4 Mach-dan yuxarıya çata bilir. 42 kiloqramlıq döyüş başlığı ilə təchiz olunan raket “Bayraktar Akıncı” pilotsuz uçuş aparatından buraxılır.

Bu silah sisteminin əsas hədəfi radar stansiyaları, komanda mərkəzləri və zirehli texnika kimi yüksək dəyərə malik hərbi obyektlərin məhv edilməsi kimi göstərilir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar