Qrossi cümə günü Agentliyin İdarə Heyətinin iclasında etdiyi çıxışında bildirib ki, o, 17 mayda baş verən hücum nəticəsində yaranan ziyanı yerində yoxlayıb. Həmin hücum zamanı stansiyanın daxili təhlükəsizlik perimetrindən kənarda yerləşən elektrik generatoru vurulub və 3-cü enerji bloku müvəqqəti olaraq ehtiyat enerji sisteminə keçmək məcburiyyətində qalıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və radiasiya sızması qeydə alınmayıb. BƏƏ rəsmiləri dron hücumunun İraqdan buraxıldığını bildirib.
Qrossi xəbərdarlıq edib, işlək vəziyyətdə olan nüvə reaktoruna birbaşa zərbə böyük miqyaslı radioaktiv sızmaya səbəb ola bilər və bu, yüzlərlə kilometr ərazini zəhərləyə bilər.
C