SON XƏBƏRLƏR

Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır

2026.06.05, 18:26
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır

Rusiyanın elektron müdaxiləsi yeni böhran yaratdı.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Rusiyaya məxsus bir pilotsuz uçuş aparatının Rumıniya ərazisinə düşməsindən bir həftə sonra bu ölkənin sahillərində üç dəniz pilotsuz aparatı aşkar edilib və onlardan biri Konstansa limanında, neft terminalının yaxınlığında partlayıb.

Ukrayna bildirib ki, partlayan pilotsuz aparat ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus olub və Rusiyanın elektron müharibə sistemlərinin müdaxiləsi nəticəsində idarəetməni itirərək Rumıniya sahillərinə çatıb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Bu hadisə ötən həftə Rumıniyada bir pilotsuz aparatın yaşayış binasına çırpılması və iki nəfərin yaralanmasından sonra baş verib. Həmin insident Avropa İttifaqı və NATO tərəfindən sərt reaksiyalarla qarşılanmışdı. Avropa rəsmiləri Rusiyanı Avropanın hava məkanını pozmaqda ittiham edirlər.

Rumıniya Müdafiə Nazirliyi də açıqlayıb ki, Ukrayna müharibəsinin başlanmasından bəri ölkənin hava məkanı Rusiya pilotsuz aparatları tərəfindən ən azı 28 dəfə pozulub.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar