SON XƏBƏRLƏR

Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi

2026.06.07, 10:50
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi

Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması tələbi rədd edildi; azərbaycanlı fəal Evin həbsxanasında qalacaq.

Gunaz.tv

Şəhid Müqəddəsi İcra Hökmləri Şöbəsinin 1-ci bölməsi Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib. O, həbs cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, qərara əsasən cəzasını Evin həbsxanasında çəkməyə davam edəcək.

Fatimə Atəşi Xiyavi 2025-ci il fevralın 23-də Evin Prokurorluğunun Hökm İcra Şöbəsinə müraciət etdikdən sonra həbs edilərək cəzasının icrası üçün Evin həbsxanasına köçürülüb. O, daha əvvəl İran məhkəmə sistemi tərəfindən “rejim əleyhinə təbliğat” və virtual məkanda fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlar əsasında həbs cəzasına məhkum edilmişdi.

Verilən hökmə əsasən, xanım Atəşi birinci instansiyada Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim “Əbülqasim Sələvati”nin sədrliyi ilə “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı üzrə beş il həbs cəzasına məhkum edilib. Bu hökmün üç ili beş il müddətinə şərti olaraq dayandırılıb.

O, həmçinin “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə bir il müddətinə təzir həbs cəzası alıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar