SON XƏBƏRLƏR

Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz

2026.06.07, 11:35
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz

Güney Azərbaycanlı siyasi və mülki fəallara qarşı çıxarılan hökmlərin ləğvi tələbi ilə petisiya yayımlandı.

Gunaz.tv

Gunaz TV – Bir qrup vətəndaş tərəfindən yayımlanan petisiyada Güney azərbaycanlı siyasi və mədəni fəallara qarşı çıxarılan hökmlərin ləğv edilməsi və bütün azərbaycanlı siyasi və mülki məhbusların azadlığa buraxılması tələb olunub.

2026-cı il iyunun 3-də yayımlanan petisiyada imzaçılar Güneyli fəalların həbs olunması, mühakimə edilməsi və onlar barəsində ağır hökmlərin çıxarılmasının davam etməsindən narahatlıqlarını ifadə edərək bildiriblər ki, mülki, mədəni, kimlik və dinc etiraz fəaliyyəti cinayət hesab edilməməlidir.

Petisiyanın mətnində Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən 13 azərbaycanlı fəal barəsində çıxarılmış həbs hökmlərinin təsdiqlənməsinə toxunulub və bu hökmlərin ümumi müddətinin 81 ildən çox olduğu qeyd edilib. İmzaçılar həmçinin Əli Babayi və Həbib Mehri ilə bağlı məhkəmə işlərinə istinad edərək, bu hökmləri azərbaycanlı fəallara qarşı təhlükəsizlik yönümlü təzyiqlərin davamı kimi qiymətləndiriblər.

Petisiyada İran hakimiyyətindən çıxarılmış hökmlərin ləğv edilməsi, azərbaycanlı siyasi və mülki məhbusların azad olunması və mülki-mədəni fəaliyyətlərə qarşı təhlükəsizlik ittihamlarından istifadə praktikasına son qoyulması tələb edilib.

Petisiyanın digər hissəsində beynəlxalq insan hüquqları təşkilatları, BMT-nin İran üzrə xüsusi məruzəçisi və ifadə azadlığını müdafiə edən qurumlara müraciət edilərək, bu hökmlərin ləğvi və azərbaycanlı məhbusların azadlığa buraxılması istiqamətində addımlar atmağa, eləcə də Güney Azərbaycanda insan hüquqlarının vəziyyətinə münasibət bildirməyə çağırış olunub.

İmza toplama kampaniyasında iştirak üçün keçid: https://www.daadkhast.org/fa/petition/6548/
 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar