SON XƏBƏRLƏR

Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”

2026.06.07, 19:39
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”

İranda gizli saxlanılan həqiqətlər nələrdir?

Gunaz.tv

Məsud Pezeşkian: Bəzi həqiqətləri milli və təhlükəsizlik səbəblərinə görə açıqlaya bilmirik.

Gunaz TV – İran prezidenti Məsud Pezeşkian İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə keçirdiyi iclasda dövlətin bəzi məsələlər barədə məlumat vermək imkanının məhdud olduğunu bildirib.

Pezeşkian deyib: “Dövlətin milli və təhlükəsizlik mülahizələrinə görə bəzi həqiqətləri açıqlamaq imkanı olmadığı bir şəraitdə, dövlət televiziyası da birtərəfli və sənədsiz təhlillərlə ictimai rəyi çaşdırmağa və hökumətin fəaliyyətini gözdən salmağa haqqı yoxdur.”

O əlavə edib: “Ölkə iqtisadiyyatının ABŞ və İsraillə müharibənin birbaşa təsiri, iqtisadi sanksiyalardan qaynaqlanan məhdudiyyətlər və dəniz mühasirəsi də daxil olmaqla ticarət təzyiqləri altında olduğu bir şəraitdə bütün qiymət dəyişikliklərini yalnız hökumətin fəaliyyəti ilə əlaqələndirmək olmaz.”

Pezeşkian bildirib: “Bəzi təqdimatlarda elə bir təsəvvür yaradılır ki, guya bu amillərin heç biri mövcud deyil və bütün problemlər yalnız hökumətin fəaliyyətindən qaynaqlanır.”


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar