SON XƏBƏRLƏR

Ermənistan baş naziri Bakıya gəlmək istəyir

2026.06.07, 20:02
Ermənistan baş naziri Bakıya gəlmək istəyir

Paşinyan: Ümid edirəm ki, Bakıdakı toplantıda iştirak edəcəyəm.

Gunaz.tv

Gunaz TV – Ermənistanın baş naziri Nikol Paşinyan Moskva, Vaşinqton və Brüsselə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Nikol Paşinyan bu barədə jurnalistlərlə söhbətində danışıb.

O bildirib: “Daha əvvəl də demişəm ki, ümid edirəm Bakıda keçiriləcək “Avropa Siyasi Birliyi” toplantısında iştirak etmək imkanı əldə edəcəyəm. Biz beynəlxalq əlaqələrimizi hərtərəfli şəkildə inkişaf etdirmək niyyətindəyik.”

Paşinyan əlavə edib: “Beynəlxalq əlaqələrimizi bütün istiqamətlər üzrə genişləndirmək istəyirik.”


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar