SON XƏBƏRLƏR

Tehranda uçuşlar ləğv edildi

2026.06.08, 12:06
Tehranda uçuşlar ləğv edildi

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar müvafiq bildirişədək ləğv edilib.

Gunaz.tv

Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Təşkilat həmçinin ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.

Bununla yanaşı Təbriz, Kirmanşah və Məşhəd şəhərlərinin  hava limanlarının da fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar