SON XƏBƏRLƏR

Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb

2026.06.08, 13:47
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb

Yəməndəki İran və SEPAH tərəfindən dəstəklənən terrorçu qrup (husilər) Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətini qadağan etdiyini elan edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Yəməndəki şiə-husilər bazar ertəsi İsrailə raket hücumu etdiklərini açıqlayıb və Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətinə qadağa qoyulduğunu bildiriblər.

Qrup yaydığı bəyanatda bildirib: “Biz Qırmızı dənizdə İsrailin dəniz hərəkətinə tam və hərtərəfli qadağa elan edirik” və bundan sonra İsrailə aid bütün hərəkətlərin “qanuni hərbi hədəf” hesab ediləcəyini vurğulayıb.

İsrail ordusu da Yəməndən atılan bir raketin aşkar edildiyini və hava hücumundan müdafiə sistemlərinin onu zərərsizləşdirmək üçün fəaliyyətə başladığını açıqlayıb.

Bu təhdid İran, İsrail və ABŞ arasında regional gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib və husilər gələcək qarşıdurmalarda daha geniş rol oynaya biləcəklərinə işarə ediblər.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar