SON XƏBƏRLƏR

Qəzvin Toli-Press fabriki bağlı qalmağa davam edir

2026.06.09, 12:12
Qəzvin Toli-Press fabriki bağlı qalmağa davam edir

Qəzvin Toli-Press fabrikinin təxminən 108 işçisi, istehsal müəssisəsinin keçən ilin 21 fevralından fəaliyyətini dayandırmasından sonra işsiz vəziyyətdə qalıb.

Gunaz.tv

İşçilər bildiriblər ki, bir neçə aylıq ödənilməmiş maaşları, ödənilməmiş bayram pulu və xidmət illərinə görə kompensasiyaları qalmaqdadır.

Onların sözlərinə görə, sığorta problemləri səbəbindən işsizlik müavinəti almaq imkanları da yoxdur.

İşçilərdən birinin dediyinə görə, fabrikin təxminən 108 işçisinin ümumi tələbləri 40 milyard tümənə yaxındır və hər bir işçinin işəgötürəndən 400–500 milyon tümən civarında alacağı olduğu bildirilir.

Məlumata əsasən, bu müəssisənin bir çox işçisi 18–25 il iş təcrübəsinə malikdir, lakin keçmiş illərdə “çətin iş şəraiti” üçün ödəniş verilmədiyi üçün onların təqaüdə çıxmaq hüququ da təmin olunmayıb.

İşçilər fabrikin bağlı qalmasından narahat olduqlarını bildirərək, müəssisənin yenidən açılmasını və bütün ödənilməmiş əmək haqlarının tam şəkildə ödənilməsini tələb ediblər. Onlar həmçinin bildiriblər ki, indiyə qədər edilən müraciətlər heç bir konkret nəticə verməyib.

 

Ş.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar