SON XƏBƏRLƏR

Məşhur din xadiminə ağır cəza verildi

2026.06.10, 11:19
Məşhur din xadiminə ağır cəza verildi

Tanınmış din xadimi, universitet müəllimi və dini məsələlər üzrə tədqiqatçı Əbdülrəhim Süleymani barədə yeni cəzalar verilib.

Gunaz.tv

Bu barədə "İnsaf News" məlumat yayıb.

Din Xadimlərinin Xüsusi Məhkəməsi hazırda Qum şəhərinin həbsxanasında saxlanılan Sülymanininin 6 il azadlıqdan məhrum edilməsi barədə yeni qərar çıxarıb.
 
Bununla yanaşı o maddi cərimə ödəməyə məhkum edilib, din xadimi geyimindən istifadəsinə qadağa qoyulub.

İran hökumətini sərt tənqid etdiyinə görə tanınan din xadiminə qarşı 8 ittiham irəli sürülüb.

O, "milli təhlükəsizliyə zərbə vurmaq"da, "ictimai rəyi çaşdırmaq"da, "rəhbəri və müqəddəsləri təhqir etmək"də, "vətəndaşları üsyana təşviq etmək"də və başqa bir neçə ittihama görə həbs edilib.

Qeyd edək ki, Əbdülrəhim Süleymani Ərdestani bu ilin aprel ayının əvvəlində Savə rayonunun Ballıqlı kəndində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bir müddət Langrud həbsxanasında və təkadamlıq kamerada saxlanıldıqdan sonra Qum şəhərinin Sahili həbsxanasına köçürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar