SON XƏBƏRLƏR

Urmu gölündə nə qədər su var?- Rəsmi

2026.06.10, 13:00
Urmu gölündə nə qədər su var?- Rəsmi

Son 1 il ərzində Urmu gölünün su miqdari 18 dəfə artıb.

Gunaz.tv

Bunu Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cabbari deyib.

Onun sözlərinə görə, hazırda Urmu gölündə mövcud olan su miqdarı 4 milyard 280 milyon kubmetrdir.

Son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, qarların əriməsi, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması gölün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub.

İranın Şərif Universitetinin rektoru, ekoloq Məsud Təcrişi isə hazırkı vəziyyətin gölün bərpası layihəsi ilə əlaqəli olmadığını, bunun təbii amillər, o cümlədən intensiv yaıntılarla bağlı olduğunu deyib.

Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmetdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar