SON XƏBƏRLƏR

Ərdoğan: İsrailin hücumları Türkiyəni də təhdid edir

2026.06.10, 16:30
Ərdoğan: İsrailin hücumları Türkiyəni də təhdid edir

Türkiyə Prezidenti İsrailə qarşı daha sərt beynəlxalq mövqe çağırışı edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Suriya və Livana qarşı hücumlarının Türkiyənin təhlükəsizliyi üçün də təhdid yaratdığını bildirib.

Ərdoğan çərşənbə günü, 10 iyun tarixində Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı deyib: “Netanyahunun və onun qətl şəbəkəsinin Livan və Suriyaya hücumları vəziyyəti Türkiyəni də təhdid edən nöqtəyə çatdırıb.”

O vurğulayıb ki, Türkiyənin təhlükəsizliyi Suriya və Livanın təhlükəsizliyi ilə birbaşa bağlıdır. Ərdoğan İsraili bölgədə sabitliyi pozmaqda ittiham edib və bu ölkənin “beynəlxalq ictimaiyyətin susqunluğu” səbəbindən daha da cəsarətləndiyini iddia edib.

Türkiyə Prezidenti həmçinin dünya dövlətlərini İsrailə qarşı daha qəti mövqe tutmağa çağırıb və bildirib ki, İsrailin beynəlxalq hüquq çərçivəsinə qaytarılması artıq yalnız bəzi ölkələrin deyil, bütün bəşəriyyətin ortaq vəzifəsinə çevrilib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar