SON XƏBƏRLƏR

ABŞ-ın maliyyə naziri: İran hər hücumun bədəlini ödəyəcək

2026.06.11, 19:29
ABŞ-ın maliyyə naziri: İran hər hücumun bədəlini ödəyəcək

Vaşinqton İrana qarşı iqtisadi təzyiqlərin artırılacağını bildirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Bessent İranın apardığı təhlükəli siyasətdə uduzacağını bildirib və Tehranın ABŞ-a və onun müttəfiqlərinə qarşı atacağı hər addımın daha ağır nəticələr doğuracağını vurğulayıb.

Bessent X sosial şəbəkəsində paylaşdığı açıqlamada yazıb: “İran rejimi oynadığı sıfır nəticəli oyunda məğlub olacaq.”

O bildirib ki, İranın Körfəz ərəb ölkələrindəki ABŞ müttəfiqlərinə vuracağı hər bir zərər İranın maliyyə vəsaitləri və hesablarından çıxılacaq pullarla ödənəcək.

ABŞ-ın maliyyə naziri həmçinin xəbərdarlıq edib ki, Fars (Ərəb) körfəzində dəniz nəqliyyatına tətbiq edilən hər hansı rüsum və ya əlavə xərc də İranla əlaqəli maliyyə mənbələri hesabına kompensasiya olunacaq.

Bessent vurğulayıb: “İranın həyata keçirdiyi hər hücum bu rejimin üzləşəcəyi iqtisadi və maliyyə nəticələri daha da ağırlaşdıracaq.”

Bu açıqlamalar Tehran və Vaşinqton arasında gərginliyin son günlər kəskin şəkildə artdığı və ABŞ administrasiyasının İrana qarşı təzyiqləri genişləndirdiyi bir vaxtda səsləndirilib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar