SON XƏBƏRLƏR

Reuters: Tehran və Vaşinqton ilkin razılığa gəlib

2026.06.12, 00:35
Reuters: Tehran və Vaşinqton ilkin razılığa gəlib

Reuters-un məlumatına görə, İran və ABŞ arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters agentliyi üç iranlı mənbəyə istinadən İran və ABŞ-ın ilkin siyasi razılığa gəldiyini bildirib. Bununla belə, bəzi əsas məsələlərin hələ də əlavə müzakirə və araşdırmaya ehtiyacı olduğu qeyd olunub.

Məlumata əsasən, həllini gözləyən ən mühüm məsələlərdən biri xarici banklarda dondurulmuş on milyardlarla dollar həcmində İranın neft gəlirlərinin azad edilməsi mexanizmidir.

Mənbələr həmçinin bildiriblər ki, müzakirə olunan razılaşma İranın Hörmüz boğazı üzərində nəzarətini müvəqqəti olaraq azaldacaq və ABŞ tərəfindən İran limanlarına tətbiq olunan blokadaya son qoyacaq.

Onların sözlərinə görə, Tehranın nüvə proqramı və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı həll olunmamış məsələlər gələcək danışıqlara saxlanılıb.

Bu arada, bəzi İran mənbələri ABŞ-ın Tehran tərəfindən təqdim edilən təklifləri qəbul etdiyini iddia edirlər.

Eyni zamanda, bəzi İsrail mənbələri Tehran və Vaşinqton arasında hər hansı razılaşmanın əldə olunması barədə məlumatlarının olmadığını bildiriblər.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar