SON XƏBƏRLƏR

OPEC: İranın neft hasilatında kəskin azalma var

2026.06.12, 10:51
OPEC: İranın neft hasilatında kəskin azalma var

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) İranın neft hasilatında kəskin azalma, regionun ərəb ölkələrində isə istehsalın nisbətən bərpası fonunda dəyişikliklər olduğunu bildirib.

Gunaz.tv

Hesabata əsasən, İranın gündəlik neft hasilatı may ayında 546 min barel azalaraq 2 milyon 330 min barelə düşüb. Bu, son altı ilin ən aşağı göstəricisi hesab olunur.

Bu, İranın neft hasilatının ardıcıl üçüncü ay azalmasıdır. Lakin ötən ayki kəskin eniş ABŞ-ın İrana qarşı dəniz blokadası və İran neft ixracının dayanması ilə daha da dərinləşib.

Ümumilikdə, İranın gündəlik neft istehsalı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından əvvəlki dövrlə müqayisədə təxminən 900 min barel azalıb.

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar