SON XƏBƏRLƏR

İran və ABŞ G7-də görüşəcək

2026.06.12, 18:25
İran və ABŞ G7-də görüşəcək

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Bloomberg agentliyi yüksək vəzifəli amerikalı və iranlı rəsmilərə istinadən yazıb ki, İran və ABŞ nümayəndələrinin G7 sammiti çərçivəsində görüşü planlaşdırılır. Bu görüş iki ölkə arasında razılaşmanın yekunlaşdırılmasına yol aça bilər.

Məlumata əsasən, tərəflər razılaşmaya nail olmaq ərəfəsindədirlər və sənədin yekunlaşdırılması prosesinin bazar günü İsveçrənin Cenevrə şəhərində həyata keçirilməsi ehtimal olunur.

Bloomberg bildirib ki, İran və ABŞ rəsmilərinin görüşü Fransada keçiriləcək G7 sammiti ilə eyni vaxta təsadüf edəcək. Sammitin keçirildiyi məkana yaxınlığı səbəbindən Cenevrə də razılaşmanın imzalanması üçün əsas variantlardan biri hesab olunur.

Yüksək vəzifəli iranlı rəsmilərdən biri və G7 üzvlərindən birinin nümayəndəsi Bloomberg-ə bildiriblər: “Razılaşmaya nail olunması ehtimalı yüksəkdir.”

Bu məlumatlar Tehran və Vaşinqton arasında mümkün razılaşmanın detalları ilə bağlı müxtəlif məlumatların yayıldığı bir vaxta təsadüf edir. İran rəsmiləri isə vurğulayırlar ki, yekun mətn hər iki tərəfin rəsmi təsdiqindən əvvəl yayımlanmayacaq.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar