SON XƏBƏRLƏR

SEPAH-la kürd silahlıları arasında qarşıdurma olub

2026.06.13, 10:23
SEPAH-la kürd silahlıları arasında qarşıdurma olub

Kürdüstan əyalətinin Mərivan bölgəsində Kürdüstan Azad Həyat Partiyasının (PJAK) silahlıları ilə SEPAH qüvvələri arasında qarşıdurma olub.

Gunaz.tv

Bu barədə silahlı qruplaşmanın yaydığı bəyanatda deyilib.

Qarşıdurma nəticəsində bir neçə SEPAH üzvünün öldürüldüyü iddia edilib.

İddiaya görə, silahlı qruplaşmanın əməliyyatının SEPAH qüvvələri toqquşmadan əvvəl ərazidə hərbi hərəkətlər aparmasına, bəzi əraziləri artilleriya və minaatanlarla hədəfə almasına cavab olaraq həyata keçirildiyini bildirilib.

Məlumatda silahlı qruplaşmanın itki vermədiyi qeyd olunub.

İran dövlət mediası və SEPAH iddia ilə bağlı hər hansı açıqlama verməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar