SON XƏBƏRLƏR

Azərbaycan xalqı Təbrizdə yerləşən Şazda Bağı kompleksinin açılışını alqışlayıb

2026.06.13, 10:46
Azərbaycan xalqı Təbrizdə yerləşən Şazda Bağı kompleksinin açılışını alqışlayıb

Azərbaycan xalqının geniş iştirakı ilə Təbrizdə yerləşən Şazda Bağı (tarixi Kəlağayı) kompleksinin açılış mərasimi keçirilib.

Gunaz.tv

İctimaiyyətin mərasimdə azərbaycanlı sənətçilərin iştirakına dair geniş çağırış və etirazlarından sonra farsdilli müğənni Səlar Ağilinin çıxışı ləğv edilib. Onun əvəzinə azərbaycanlı sənətçilər, o cümlədən Pədram Rəncbər və Parsa Xaif proqramla çıxış ediblər. Ustad Xosrov Sərtipi isə Təbriz və Azərbaycan haqqında şeirlər səsləndirib.

Mərasimdə Azərbaycan türkcəsindən istifadə edilməsi də tədbirin diqqət çəkən və təqdir olunan cəhətlərindən biri olub. Azərbaycan türk milli kimliyinin qorunması ilə bağlı ictimai tələblər və təzyiqlər nəticəsində təşkilatçılar bu məsələyə xüsusi diqqət yetiriblər.

Birinci Pəhləvi dövründə Təbriz və Azərbaycanın kimliyinin zəiflədilməsi siyasəti çərçivəsində dağıdılan tarixi Şazda Bağı binası uzun illərdən sonra Təbriz bələdiyyəsinin, mütəxəssislərin və mədəni fəalların səyləri ilə yenidən bərpa edilib.

Tarixi abidənin açılış mərasimində insanların geniş iştirakı Azərbaycanlıların öz tarixi və mədəni irsinin qorunması və dirçəldilməsinə göstərdiyi marağın təzahürü kimi qiymətləndirilib. Bir çox iştirakçılar bu tarixi abidənin bərpasını Təbriz və Azərbaycanın tarixi-mədəni kimliyinin qorunması istiqamətində mühüm addım hesab ediblər.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar