SON XƏBƏRLƏR

İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb

2026.06.13, 11:34
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb

Azərbaycanlı milli fəallar – Əmin Təqizadə, Səməd Heydəri və Rza Səlimi – barəsində çıxarılan həbs hökmünün təsdiqlənməsindən sonra iki fəal bu gün həbs edilib.

Gunaz.tv

Məlumatlara görə, Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsi tərəfindən qətiləşdirilən hökmün icrasına başlanılıb və Səməd Heydəri ilə Əmin Təqizadə bu gün şənbə günü Qolkar Beheşti Təbriz prokurorluğunun 2-ci icra şöbəsinə çağırıldıqdan sonra həbs ediliblər və Təbriz həbsxanasına göndəriliblər.

Qəti qərara əsasən, bu fəallar “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik” ittihamı ilə hər biri 3 il 7 həmçinin “rejimə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzası alıblar.

Xatırladaq ki, həmin üç azərbaycanlı türk fəal 2025-ci ilin yanvar ayında Təbrizdə Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, bir müddət sonra isə girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar