SON XƏBƏRLƏR

İranın ticarət tərəfdaşları bir-bir uzaqlaşır; Yalnız bir ölkə istisna oldu

2026.06.14, 12:34
İranın ticarət tərəfdaşları bir-bir uzaqlaşır; Yalnız bir ölkə istisna oldu

İranın əsas ticarət tərəfdaşları ilə əlaqələri geriləyir; Hindistan, Çin, BƏƏ və Almaniya ilə ticarət kəskin azalıb. Yalnız bir ölkə İrandan alışını artırdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Hindistan İqtisadiyyat Nazirliyinin yeni statistikası İran ilə Hindistan arasındakı ticarətin mart ayında ciddi şəkildə azaldığını göstərir.

Məlumatlara əsasən, 39 günlük müharibənin ilk ayında İranın Hindistana ixracatı 38 faiz azalaraq 43 milyon dollara düşüb. Eyni zamanda İranın Hindistandan idxalı da 72 faiz geriləyərək 130 milyon dollardan aşağı enib.

Hindistan İranın kənd təsərrüfatı məhsulları, dərman preparatları və sənaye xammalı üzrə əsas təchizatçılarından biridir. Bu isə İran rəsmilərinin daha əvvəl Hindistan, Pakistan və BƏƏ-dən dərman və vaksin idxalında problemlər yarandığını açıqladığı bir dövrə təsadüf edir.

Bununla yanaşı, Çin statistikası da göstərir ki, bu ölkənin İranla qeyri-neft ticarəti mart və aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə beşdə bir səviyyəsinə enib və aylıq təxminən 200 milyon dollara düşüb.

İranın ikinci ən böyük ticarət tərəfdaşı olan Birləşmiş Ərəb Əmirlikləri də mart ayının əvvəlindən etibarən İranla ticarəti dayandırıb. Digər tərəfdən, Almaniyanın İrana ixracatı 25 milyon avrodan aşağı düşərək ötən ilin eyni dövrünün təxminən üçdə birinə enib.

İranın əsas ticarət tərəfdaşları arasında yalnız Türkiyə İrandan idxalını artırıb. Türkiyənin İrandan idxalı qaz alışının artması nəticəsində 42 faiz yüksələrək 406 milyon dollara çatıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar