SON XƏBƏRLƏR

Pezeşkian: ABŞ-la danışıqlar sistemin qərarıdır; hamı buna tabe olmalıdır

2026.06.14, 21:33
Pezeşkian: ABŞ-la danışıqlar sistemin qərarıdır; hamı buna tabe olmalıdır

İran prezidenti bildirib ki, ABŞ-la danışıqlar Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında aparılır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün razılaşmaya qarşı çıxan radikal hökumət tərəfdarlarının tənqidlərinə cavab verərək bildirib ki, danışıqlar prosesi Ali Milli Təhlükəsizlik Şurasının qərarları və İran rəhbərinin baxışları əsasında aparılır.

Pezeşkian deyib: “Ali Milli Təhlükəsizlik Şurası bu qənaətə gəlib ki, dialoq yolu davam etdirilməlidir.” O əlavə edib ki, bütün siyasi qruplar və cərəyanlar qəbul edilən qərarlara əməl etməlidirlər.

Onun açıqlaması İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı mümkün memorandumun imzalanması ərəfəsində, radikal dairələrin etirazlarının artdığı bir vaxta təsadüf edir.

İran prezidenti eyni zamanda dövlət televiziyasını da tənqid edərək bildirib ki, müharibə və danışıqlarla bağlı bəzi yayımlar ölkənin qərarverici qurumlarının rəsmi mövqeyini əks etdirmir.


GünAzTV
R.G

İranda Hakimiyyət tərəfdarları ABŞ ilə danışıqlara qarşı çıxdılar

2026.06.13, 23:30

İranda Hakimiyyət tərəfdarları ABŞ ilə danışıqlara qarşı çıxdılar

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar