SON XƏBƏRLƏR

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

2026.06.15, 08:43
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından 5 il ötür.

Gunaz.tv

Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Azərbaycan - Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur. Aradan keçən beş il göstərdi ki, bu sənəd təkcə iki qardaş ölkə arasında əməkdaşlıq sazişi deyil, həm də regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına təsir edən strateji müttəfiqlik manifestidir. Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə – strateji müttəfiqlik səviyyəsinə qalxmasını şərtləndirən tarixi sənəddir.

Şuşa Bəyannaməsi strateji və hərbi-təhlükəsizlik məzmunlu siyasi-tarixi əhəmiyyət daşıyır. Bu sənədin arxasında sadəcə diplomatik münasibətlər deyil, ortaq tarix, milli maraqlar, siyasi iradə və gələcək inkişaf strategiyası dayanır.

Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan–Türkiyə əlaqələrini pik həddə çatdırması və əməkdaşlıqda ən yeni bir mərhələnin başlanğıcına əsas yaratmasıdır.

Beş il keçsə də, Şuşa Bəyannaməsi öz aktuallığını qoruyaraq regionda formalaşan yeni güc mərkəzlərinin və strateji ittifaqların əsas dayaqlarından biri olaraq qalır. Bu sənəd Azərbaycan və Türkiyənin yalnız ikitərəfli münasibətlərini deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik, əməkdaşlıq və siyasi sabitlik arxitekturasını yenidən müəyyənləşdirən mühüm geosiyasi akt kimi çıxış edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar