SON XƏBƏRLƏR

Razılaşma imzalansa İsrail hücum edəcək- Qəzənfəri

2026.06.17, 13:56
Razılaşma imzalansa İsrail hücum edəcək- Qəzənfəri

Əmin ola bilərsiniz ki, əgər cümə günü müqavilə imzalansa İsrailin yenidən hücum etməsi, yenidən zərbə endirməsi və bu müqaviləyə heç bir şəkildə əməl etməməsi çox uzun çəkməyəcək. 

Gunaz.tv

Bunu İran parlamentinin sərt xətt tərəfdarı olan Kamran Qəzənfəri deyib.

"Amerika da müxtəlif yollarla vədlərini və razılaşmalarını pozacaq. Mən bu razılaşmanın gerçəkləşəcəyinə inanmıram",- o əlavə edib.

Qəzənfəri sonradan verdiyi açıqlamada "İsrail hücum edəcək" ifadəsindən məqsədinin Təl-Əvivin Livana hücum edəcəy olub.

Qeyd edək ki, ötən gün kamran Qəzənfəri də daxil olmaqla İran parlamentinin 60 üzvü Tehran və Vaşinqton arasında danışıqlar prosesini sərt tənqid edərək, İslam Respublikası ilə ABŞ arasında birgə anlaşma sənədinin "bütün bəndləri üçün real zəmanətlər" tələb ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar