SON XƏBƏRLƏR

İranda daha 3 etirazçıya ölüm cəzası verildi 

2026.06.18, 16:29
İranda daha 3 etirazçıya ölüm cəzası verildi 

Yanvar etirazları zamanı Tehranda həbs edilən 33 yaşlı Peyman Gənci edama məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o "ümumi əmlakı yandırmaq"da günahlandırılıb və barəsində edamla nəticələnən "müharibə" ittihamı irəli sürülüb.

Gəncinin vəkillə təmin olunmasına icazə verilmədiyi bildirilib.

Bununla yanaşı Şahrud şəhərində keçirilən etiraz aksiyalarında həbs edilən 18 yaşlı Mehdi Rəncbər və 27 yaşlı Mürtəza Zamani barədə də eyni ittihama görə ölüm cəzası verilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar