SON XƏBƏRLƏR

İsrail İran–ABŞ razılaşmasından sonra Livandan geri çəkilməni rədd etdi

2026.06.18, 22:30
İsrail İran–ABŞ razılaşmasından sonra Livandan geri çəkilməni rədd etdi

Netanyahu: İsrail ordusu Cənubi Livanı tərk etməyəcək.

Gunaz.tv

İsrailin baş naziri ölkəsinin Livanın cənubundan geri çəkiləcəyini rədd edib.

Gunaz.tv xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu İran və ABŞ arasında imzalanan anlaşmadan bir gün sonra İsrail qüvvələrinin Livanın cənubundan çıxmayacağını və bölgədəki təhlükəsizlik bufer zonasının saxlanılacağını bildirib.

Netanyahu “şimal şəhərlərinə təhlükəsizlik və rifahı qaytaracağıq” deyərək İsrail ordusunun təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətcə Livanın cənubunda qalacağını vurğulayıb.

Bu açıqlamalar İran–ABŞ razılaşmasının bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəndləri fonunda verilib. Buna baxmayaraq, İsrailin Livanın cənubunda Hizbullah mövqelərinə hücumlarını davam etdirdiyi bildirilir.

Livan mediası isə İsrail ordusunun hücumlarında razılaşmadan bir neçə saat sonra ən azı üç nəfərin öldüyünü xəbər verib.

Netanyahu həmçinin mübarizənin bitmədiyini və İsrailin ABŞ-la yaxın münasibətlərini qoruyub saxlamalı olduğunu deyib.

Bu, İran–ABŞ razılaşmasından sonra Netanyahunun ilk rəsmi reaksiyasıdır. Razılaşma İsrail hökumət koalisiyasının bəzi üzvləri tərəfindən də tənqid olunub.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar