SON XƏBƏRLƏR

İranda daha 11 məhbus edam edildi

2026.06.19, 11:09
İranda daha 11 məhbus edam edildi

Həmədan şəhərinin həbsxanasında eyni vaxtda 5 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

27 yaşlı Ramin Baqiri, 29 yaşlı Əlirza Məliki, 36 yaşlı Fərzad Bəhrami, 30 yaşlı Səməd Nadirpur və 35 yaşlı Hüseyn Şəhamət, narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.

Bununla yanaşı Yəzd, Zahidan, Kirman və Qürvə şəhərlərinin həbsxanalarında da eyni ittihamlara görə 6 məhbus sar ağacından asılıb.

İran məhkəməsi və rəsmi dövlət mediası edamlarla bağlı məlumat verməyib. 

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar